14.05.2019

"Hərəyə bir gül" adlı aksiya keçirilib

Sabirabad şəhər M. Müşfiq adına 4 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Hərəyə bir gül" adlı aksiyas keçirilib.

Aksiya çərçivəsində şagirdlər 3 mərtəbəli məktəb binasının foyesində, dəhlizlərində və sinif otaqlarında pəncərələrin önünə gül dibçəkləri qoyublar. Məktəbin bütün sinifləri aksiyada fəal iştirak ediblər. Gələcəkdə isə şagirdlər həm də  güllərə qulluq göstərəcəklər.

Aksiyanı keçirməkdə məqsəd ümmummili liderin irsini təbliğ etmək, şagirdlərdə bitkilərə sevgi hissini gücləndirmək, onları qorumaq və qulluq göstərmək vərdişləri formalaşdırmaq və məktəbdə şagirdləri estetik cəhətdən tərbiyə etməkdən ibarətdir.