20.05.2019

V Respublika  fənn müsabiqələrinin  rayon  mərhələsi keçirilib

Sabirabad rayon ümumi təhsil məktəblərinin  VI-VII sinif şagirdləri arasında V Respublika  fənn müsabiqələrinin  rayon  mərhələsi keçirilib.

Müsabiqələrdə ümumilikdə 226 şagird iştirak edib.

Müsabiqələr riyaziyyat və informatika fənləri üzrə VI, fizika, kimya və biologiya fənləri üzrə VII sinif şagirdləri arasında keçirilib.

Fənn müsabiqələrinin iyun ayında keçiriləcək yekun nəticələrinə (Respublika mərhələsinin nəticələrinə)  əsasən, yeni tədris ili üçün Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə şagird seçimi ediləcək.  Həmçinin istedadlı şagirdlər üçün yaradılacaq xüsusi siniflərin kontingentinin formalaşdırılması da nəzərdə tutulur.


Açar sözlər: ,