20.05.2019

“Nəsimi ili” ilə əlaqədar  ədəbi-bədii gecə keçirilib

Qaratəpə kənd tam orta məktəbdə Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili” ilə əlaqədar  dahi şairin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

Tədbirdə təhsil şöbəsinin metodisti Əmirhüseyn Əsgərov, Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynova,  Qaratəpə kənd İcra nümayəndəsinin sədri İlham Həsənov, Məktəbin pedaqoji və şagird kollektivi iştirak ediblər.

Tədbirdə şagirdlər tərəfindən nümayiş olunan ədəbi-bədii kompozisiya və Nəsimi filmindən səhnələr maraqla qarşılanıb. Şagirdlər şairin yaradıcılığı barədə məlumat verib. Sonra Nəsiminin qəzəllərini söyləyiblər.

Sonda məktəbin ictimai həyatında fəaliyyətində aktiv iştirakına görə məktəbin müəllimləri Amin Məhərrəmov, İlyas Yunusov, Nüşabə Əhmədova və Vəsilə Umudova direktor tərəfindən təltif olunublar.


Açar sözlər: ,