29.05.2019

28 May – Respublika Gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib

Sabirabad şəhər 5 nömrəli tam orta məktəbdə 28 May – Respublika Gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib. Tədbirdə təhsil şöbəsinin əməkdaşları, məktəbin şagird və müəllim kollektivi iştirak ediblər.

Bayramsayağı bəzədilmiş akt zalında keçirilən tədbiri məktəbin direktoru, Könül Əsədova açaraq qonaqları təqdim edib.  

Tədbirdə çıxış edən təhsil şöbəsinin əməkdaşı Əlisahib Ağayev XX əsrin əvvəllərində Şərqdə ilk demokratik respublikanın yaranmasını böyük tarixi hadisə kimi qiymətləndirib.

Tədbirin bədii hissəsində şagirdlərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.


Açar sözlər: ,