16.05.2019

"Heydər Əliyev Fondu- 15 il" adlı tədbir keçirilib

Sabirabad şəhər 4 nömrəli məktəbdə  Heydər Əliyev Fondunun yaradılmasının 15-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev Fondu- 15 il" adlı tədbir keçirilib.Tədbirdə təhsil şöbəsinin əməkdaşları, Azad Həmkarlar İttifaqının Sabirabad rayon şöbəsinin sədri, Sabirabad Rayon İcara Hakimiyyətinin əməkdaşı Faiq Hüseynov, məktəb direktorları və məktəbin müəllim və şagird kollektevi iştirak ediblər.

Tədbir Dövlət Himnin səslənməsi ilə açıq elan edilib. Sonra məktəbin direktoru Mahir Zahidov tədbir iştirakçılarını salamlayaraq ümummilli liderin xalqımız üçün qoyub getdiyi mirasdan və Fondun geniş fəaliyyəti və rəhbəri Mehriban xanımın misilsiz xidmətləri haqqında məlumat verib.

 Sonra fondun fəaliyyətini özündə əks etdirən guşənin açılışı olub. Bədii hissədə şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər söyləyib, kompozisiyalar nümayiş olunub.

Sonda ümümmilli lider Heydər Əliyevin anadan olmasinin 96-cı ildönümünə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsinin Respublika turunun qalibi ,məktəbin X sinif şagirdi Xalidə Abbasazadə Həmkarlar Komitəsinin rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunmuş və pul mükafatı ilə təqdim olunub.


Açar sözlər: ,