19.07.2019

2 müəllimə “Tərifnamə” təqdim olunub

2018-2019-cu dərs ilində keçirilən respublika pedaqoji mühazirələrinin yekun nəticələri məlum olub. Belə ki, nəticələrə əsasən Sabirabad rayonu 2 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi Sevinc Məhərrəmova və Sabirabad rayonu Ulacalı kənd tam orta məktəbinin riyaziyyat müəllimi Məleykə Məlikovaya “Tərifnamə” təqdim olunub.

Pedaqoji mühazirələr ümumi təhsillə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərinin təcrübələrini təbliğ etmək və onlar arasında pedaqoji əməkdaşlıq yaratmaq, həmçinin perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaq məqsədilə keçirilib.


Açar sözlər: ,