21.10.2019

Tennis idman növü üzrə rayon birinciliyi yarışına start verilib

Məktəblər arasında keçirilən respublika çempionatının proqramına uyğun olaraq tennis idman növü üzrə rayon birinciliyi yarışına start verilib. Yarışların açılış mərasimində tərəfdaş qurumların, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Sabirabad şəhər 4 nömrəli tam orta məktəbdə start verilən yarışda  rayonun 30 ümumtəhsil  məktəbinin komandaları mübarizəyə qatılıb.

Çempionatın əsasnaməsinə uyğun olaraq rayon birincisi zona mərhələsinə vəsiqə qazanır.


Açar sözlər: ,  ,