27.11.2019

“Yaşamaq gözəldir” layihəsi çərçivəsində təlim keçirilib

Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Gənc Psixoloqlar” ictimai birliyi tərəfindən icra olunan “Yaşamaq gözəldir” layihəsinin ilk təlimi keçirilib. Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçirilən təlim 23-24 Noyabr tarixlərində Sabirabad rayonu Nizami Gəncəvi adına 5 saylı orta məktəbdə təşkil edilib. Təlimdə iştirak edən Sabirabad rayonunun məktəb psixoloqları yeniyetmə və gənclərin intiharlarının qarşısının alınması üçün faydalı məlumatlar əldə ediblər. 2 gün davam edən təlimdə məktəb psixoloqları ilə yeniyetmə və gənclərin yaş dövrünün xüsusiyyətləri, intihar düşüncələrinin formalaşması və s. mövzular haqqında ətraflı müzakirə aparılıb.

Qeyd edək ki, yeniyetmə və gənclərin intiharlarının qarşısının alınması məqsədi ilə həyata keçirilən “Yaşamaq gözəldir” layihəsi daha 4 rayon - Quba, Qəbələ, Masallı və Bərdədə təşkil ediləcək.


Açar sözlər: ,  ,