05.12.2019

“Məktəbdaxili qiymətləndirmənin təşkii metodikası”

Sabirabad şəhər 5 nömrəli tam orta məktəbdə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən təşkil olunan “Məktəbdaxili qiymətləndirmənin təşkii metodikası” mövzusunda ixtisasartırma təlimi keçirilib. Təlimdə Azərbaycan dili və ədəbiyyat, tarix, riyaziyyat və ingilis dili müəllimləri iştirak ediblər.

 Təlimin keçirilməsində əsas məqsəd müəllimləri Təhsil Konsepsiyası ilə tanış etmək, qiymətləndirmənin prinsip və istiqamətindən bəhs etmək və məktəbdaxili qiymətləndirmənin növləri, məqsədləri, keçirilmə üsul və formaları haqqında məlumatlandırmaqdır.


Açar sözlər: ,  ,