10.12.2019

Yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Muğan Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları ilə birgə Sabirabad rayon Əhmədabad kənd tam orta məktəbdə maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112 - qaynar xəttinə nə vaxt zəng etməli”, “Zəlzələ zamanı davranış qaydaları”, “Odsöndürən balonlardan istifadə qaydaları”, yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib.

Eləcə də ərazinin daim təmiz vəziyyətdə saxlanılmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğın zamanı insanların binadan köçürülməsi planlarının və hər bir sinif otağı üçün yanğın təhlükəsizliyi qaydalarına aid yaddaş kitabçalarının tərtib olunaraq müvafiq yerlərdən asılmasının, pilləkən qəfəsliklərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyinin, yanğına qarşı su təchizatına (hovuzlar, kəmərlər, çənlər, hidrantlar) qayğı ilə yanaşılmasının vacibliyi qeyd olunub.

Tədbirdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib. Yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər tədbir iştirakçılarına paylanılıb.


Açar sözlər: ,