11.12.2019

"Sən elə bir zirvəsənki...." adlı tədbir keçirilib.

Sabirabad şəhər 4 nömrəli tam orta məktəbdə  Ümummili lider Heydər Əliyevin anım gününə həsr olunmuş "Sən elə bir zirvəsənki...." adlı tədbir keçirilib.

Tədbir Dövlət Himninin səslənməsilə açıq elan olunub. Məktəbin direktoru Mahir Zahidov Ulu Öndərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsindən sonra çıxış edərək Heydər Əliyevin xalqımızın həyatında oynadığı müstəsna rolundan, dövlət xadimi kimi dövlətçiliyimizin və müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində apardığı daxili və xarici siyasətdən geniş söhbət açıb

Çıxışlardan sonra məktəbdə ictimai əsaslarla fəaliyyət göstərən "Gənc Heydərçilər" dərnəyi üzvlərinin təqdimatlnda şagirdlər Ulu öndərə həsr olunmuş şeirlər söyləyib, kompozisiya nümayiş etdiriblər.


Açar sözlər: ,