11.12.2019

"Gənclərin peşəyönümü tərbiyəsinin təşkili" mövzusunda marifləndirici seminar keçirilib

Sabirabad şəhər 4 nömrəli tam orta məktəbdə  ƏƏSMN -in yanında Dövlət Məşğulluq Xidmətinin Sabirabad Rayon Şöbəsinin təşkilatçıləğı ilə Sabirabad şəhər M.Müşfiq adına 4 nömrəli tam orta məktəbdə "Gənclərin peşəyönümü tərbiyəsinin təşkili" mövzusunda marifləndirici seminar keçirilib.

Seminarda Sabirabad şəhər M.Müşfiq adına 4 nömrəli tam orta məktəb,Z,Hacıyev adına 7 nömrəli tam orta məktəb və E,Nadirov adına 8 nömrəli tam orta məktəbin VII,VIII və IX sinif şagirdləri iştirak edib

Məqsəd gənclərin şüurlu yaradıcı əməyə hazırlanmasında, onların düzgün ixtisas seçiminə istiqamətləndirilməsində valideynlərin rolunun əhəmiyyətini nəzərə alaraq, valideynlərə övladlarının gələcək peşə seçimində məsləhətlərin verilməsi, məktəblilərin peşə meyl və maraqlarının müəyyənləşdirilməsi, onlara gələcəkdə peşə və ixtisas seçimində  köməklik göstərməkdir.

Seminarda şagirdlərə düzgün peşəyönümün seçilməsi,onların bu istiqamətdə marifləndirilməsi barədə geniş məlumat verilib.

Sonda valideyn və şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,