12.12.2019

Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbirlər keçirilib

Sabirabad rayon ümumtəhsil məktəblərində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbirlər keçirilib.

Tədbirlərdə şagirdlər ulu öndərə həsr olunan şeirlər söyləyib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndiriblər. Ulu öndərin həyat və fəaliyyətinə dair videoçarxlar, filmlər izlənilib.

Həmçinin, şagirdlər Heydər Əliyev Mərkəzi və Gənclər Mərkəzində müzeyində də tədbirlərdə iştirak ediblər.


Açar sözlər: ,  ,