17.12.2019

“Yol hərəkəti qaydalarının ən yaxşı bilicisi” müsabiqəsinin keçirilməsi davam  edir

Sabirabad rayon ümumtəhsil məktəblərində şagirdlər arasında “Yol hərəkəti qaydalarının ən yaxşı bilicisi” müsabiqəsinin keçirilməsi davam  edir.

Növbəti tədbir Moranlı kənd tam orta məktəbdə keçirilib. Məktəblilərə yol hərəkəti qaydaları çərçivəsində 20 sual təqdim olunub. Onlar  müəyyən olunmuş vaxt ərzində sualları cavablandırıblar. Müsabiqənin qalibləri fəxri fərmanlarla təltif olunublar.

Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2018-ci il tarixli 852 nömrəli Sərəncamı ilə  təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkərinin təhlükəsizliyinə dair 2019-2023-cü illər  üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının  icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirinin  28.01.2019-cu il tarixli F-51 nömrəli əmri ilə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq keçirilib.


Açar sözlər: ,  ,