27.12.2019

“Çevik əl-çevik  beyin” kiçik motorikanın inkişaf etdirilməsi elektron kitabının təqdimat mərasimi keçirilib

Sabirabad şəhər Gənclər Mərkəzində  Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 3-cü Qrant müsabiqəsinin qalib layihələrindən biri olan “Çevik əl-çevik  beyin” kiçik motorikanın inkişaf etdirilməsi elektron kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 Layihənin icra müddəti 5 ayı ( 1sentyabr-30 yanvar tarixini)  əhatə edir. Layihənin müəllifi Sabirabad şəhər 5 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Günel Əhmədovadır.

Çevik əl-çevik beyin elektron kitabı uşaqların potensialının aşkar olunması və dəstəklənməsində ibtidai sinif müəllimlərinə dəstək məqsədilə hazırlanmışdır. Həmçinin  5-6  yaşlı uşaqlarla işləyən müəllimlərin  kiçik motorikanın inkişaf etdirilməsi bacarığını formalaşdırmaqdan ibarətdir. Kitabdan qeyri mütəxəssislər-validynlər, loqopedlər ümumilikdə erkən yaşlı uşaqlarla məşğul olan hər kəs isifadə edə bilər. Kiçik motorikanın inkişafı uşaqlarda zehni yüklənmə, diqqətsizlik, diqqət dağınıqlığı kimi problemlərin yaranmasının qarşısını alır. Kiçik motorikanın inkişafı uşaqlarda konsentrasiya və koordinasiya bacarıqlarına müsbət təsir edir.

Qeyd edək ki, 2020-ci il Yanvar ayı ərzində kitabın elektron versiyasının istifadəyə verilməsi planlaşdırılır.


Açar sözlər: ,  ,  ,  ,