17.02.2020

Sınaq imtahanlarının nəticələri müzakirə olunub

Sabirabad Rayon Təhsil Şöbəsində rayon ümumtəhsil məktəblərinin direktorları ilə müşavirə keçirilib.

Müşavirədə 14 dekabrda 9-cu sinif buraxılış imtahanları modelinə uyğun keçirilmiş sınaq imtahanlarının nəticələri müzakirə olunub.

Reytinq siyahısında ən zəif nəticə ilə təmsil olunan məktəblərin rəhbərlərinə müvafiq tövsiyələr verilərək, xəbərdarlıq edilib.


Açar sözlər: ,