19.02.2020

Xüsusi siniflərdə 1-ci səviyyə müəyyənləşdirmə imtahanı keçirilib

Sabirabad rayon ümumtəhsil məktəblərinin istedadlı şagirdlər üçün yaradılmış xüsusi siniflərində 1-ci səviyyə müəyyənləşdirmə imtahanı keçirilib.

İmtahanın keçirilməsində əsas məqsəd xüsusi siniflər üçün tərtib olunan proqram üzrə keçilən dərslərin mənimsənilmə səviyyəsini müəyyənləşdirməkdir.

Xatırladaq ki, Təhsil nazirinin F-704, F-556 nömrəli əmrlərinə əsasən Respublikanın müxtəlif rayon və şəhərlərində “İstedadlı şagirdlər üçün xüsusi siniflər” yaradılmışdır.

7-ci siniflər üzrə riyaziyyat-informatika təmayüllü siniflər, 8-ci siniflər üzrə isə təbiət elmləri təmayüllü siniflər yaradılmışdır. Xüsusi siniflərin təşkil olunmasında məqsəd istedadı ilə seçilən şagirdlərin elmi potensiallarını inkişaf etdirmək, onların müvafiq istiqamətlər üzrə daha keyfiyyətli hazırlaşmasını təmin etməkdir.


Açar sözlər: ,  ,