19.02.2020

"Cəmiyyətdə baş verən İntihar hallarına qarşı birgə mübarizə aparaq" adlı profilaktiki seminar keçirilib

Sabirabad şəhər M.Müşfiq adına 4 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyinin 15 may 2019-cu il tarixli F-260 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə "Cəmiyyətdə baş verən İntihar hallarına qarşı birgə mübarizə aparaq" adlı profilaktiki seminar keçirilib. Seminarda Sabirabad RİH-in aparıcı məsləhətçisi Nəsirov Cavanşir, Sabirabad Rayon Gənclər və idman İdarəsinin rəisi Nadir Quliyev, Sabirabad RPŞ-in inspektoru, polis mayoru İlqar Əliyev, Sabirabadd RMX-in baş psixiatrı Ağazahid Mirzəyev, məktəbin Psixoloqu Nərmin Zeynalova, məktəbin direktoru Mahir Zahidov və məktəbin X və XI sinif şagirdləri iştirak ediblər.

Seminarda şagirdlərə intihar hallarına qarşı birgə mübarizə aparmaq, ətraflarında olan insanlara hər zaman mənəvi-psixoloji dəstək göstərməyin zəruri olduğu barədə geniş məlumat verilib. İntiharın cəmiyət, din və dövlət tərəfindən qəbul edilməyərək qınanıldığı və hətta intihara cəhd edənin cinayət məsuliyyətinə cəlb olunması barədə şagirdlərə ətraflı məlumat verilib.

Sonda şagirdləri maraqlandıran suallar aidiyyatı nümayəndələr cavablandırılıb.


Açar sözlər: ,  ,