20.02.2020

“Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsi keçirilib

 

Sabirabad şəhər 5 nömrəli tam orta məktəbdə “Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsi keçirilib. Müsabiqədə ümumtəhsil məktəblərinin 102 şagirdi iştirak edib.

Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə keçirilən müsabiqə Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması və onların mütaliəyə meyil və maraqlarının gücləndirilməsində əhəmiyyətli rol oynayır.


Açar sözlər: ,  ,