Sabirabad şəhər 4 nömrəli tam orta məktəbdə 21 fevral- Beynəlxalq Ana Dili Gününə həsr edilmiş tədbir keçirilib.
Məktəbin müəllim və şagirdlərinin iştirak etdikləri tədbirdə çıxış edənlər fevralın 21-nin Beynəlxalq Ana Dili Günü kimi qeyd edilməsinin tarixindən danışıblar. Qeyd edilib ki, dilimizin inkişafında və saflığının qorunmasında müəllimlərin də üzərinə böyük məsuliyyət düşür. Vurğulanıb ki, cəmiyyət mədəniyyəti qoruyarsa, mədəniyyət də cəmiyyəti xilas edər.
Tədbirdə məktəblilərin ifasında ana dilimizin gözəlliyini tərənnüm edən şeirlər səslənib, mahnılar oxunub, ədəbi-bədii kompozisiya təqdim edilib.