26.02.2020

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Sabirabad rayon ümumtəhsil müəssisələrində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Təhsil müəssisələrində “Xocalısız 28 il”, “Xocalı soyqırımı tarixin qan yaddaşıdır”, “Xocalı-əsrin faciəsi” və digər mövzularda dərslər, dəyirmi masa, ədəbi-bədii kompozisiyalar, rəsm və inşa müsabiqələri, idman yarışları keçirilib. Həmçinin sərgilər təşkil olunub, guşələr, bülletenlər hazırlanıb.

Tədbirlərdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərə Xocalı faciəsinin tarixindən bəhs olunub. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bədnam ermənilər xalqımıza qarşı növbəti qanlı təcavüzə əl ataraq soyqırımı törədib, günahsız insanların başına vəhşiliklər gətirib, dinc sakinləri kütləvi şəkildə öldürüblər.

Şagirdlər Vətənə, doğma torpağa olan sədaqət və məhəbbət duyğularını şeirlər, ədəbi-bədii kompozisiyalar vasitəsilə nümayiş etdiriblər.  Həmçinin təhsil müəssisələrində Xocalı faciəsi barədə filmlər nümayiş olunub, məktəblilərin və təhsil işçilərinin şəhid ailələri və soyqırımı şahidləri ilə görüşləri keçirilib.

Tədbirlərin təşkil olunmasının əsas məqsədi həlak olanların xatirəsini ehtiramla yad etmək, məktəblilərdə vətənpərvərlik hissini yüksəltmək, Xocalı soyqırımı zamanı xalqımıza qarşı törədilən bəşəri cinayətlər barədə həqiqətləri onlara çatdırmaq, işğal altında olan torpaqlarımız haqqında şagirdləri məlumatlandırmaqdan ibarətdir.


Açar sözlər: ,  ,