03.03.2020

Tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər davam etdirilir.

Sabirabad rayon ümumtəhsil müəssisələrində Koronavirus (COVİD - 19) infeksiyasının qarşısının alınması məqsədilə tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər davam etdirilir.

Görülən işlərin effektivliyinin yüksəldilməsi məqsədilə bütün təhsil müəssisələrində martın 3-dən 9-dək tədris prosesi dayandırılıb. Bu müddət ərzində  Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb.


Açar sözlər: ,