10.05.2020

Kimya-biologiya təmayüllü Respublika liseyinin Şirvan şəhərində siniflərinə şagird qəbulu üçün onlayn qeydiyyat prosesinə start verilib.

Təhsil Nazirliyinin tabeliyində olan kimya-biologiya təmayüllü Respublika liseyinin Şirvan şəhərində siniflərinə şagird qəbulu üçün onlayn qeydiyyat prosesinə start verilib.

Lisey siniflərinin yaradılmasında əsas məqsəd bölgələrdə istedadlı uşaq və gənclərin potensial imkanlarının aşkarlanması, inkişaf etdirilməsi və onların səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılmasıdır.

Lisey siniflərində Təhsil Nazirliyi tərəfindən keçirilmış fənn müsabiqələri və təşkil olunmuş imtahanlarda uğur qazanmış VI, VII və VIII  sinif şagirdləri qəbul ediləcək. Siniflərdə tədris prosesini Təhsil Nazirliyinin komissiyası tərəfindən təmayül istiqamətlərindən asılı olaraq şəhərdə işləyən təcrübəli, eyni zamanda, diaqnostik qiymətləndirmə nəticəsi yüksək olan müəllimlər həyata keçirir. Liseydə əsas xarici dil fənni kimi yalnız ingilis dili tədris olunacaqdır.

Qeyd edək ki, lisey siniflərində təhsil dövlət hesabına həyata keçirilir.

Qeydiyyatdan keçmək üçün linkə daxil olun

:https://forms.office.com/Pages/ResponsePage.aspx?id=YAr8FHAQQkGfMRuUGHqWH54u4PKZV09DrktuyE9dFA9UQzA3T1o3NDBaWVAzRUlHNEVEUEhBNFRUSy4u


Açar sözlər: