17.05.2021

Sabirabad şəhər M.Müşfiq adına 4 saylı şəhər tam orta məktəbində Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilmişdir.

17 may 2021-ci il tarixdə Sabirabad şəhər M.Müşfiq adına 4 saylı şəhər tam orta məktəbində Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümünə həsr olunmuş "Nizami dünyası" adlı dəyirmi masa keçirilmişdir. Dəyirmi masanın keçirməsində məqsəd Nəsimi irsinin, Nizami Gəncəvi yaradıcılığının  Azərbaycan xalqının mənəviyyat xəzinəsində rolu və yerini təbliğ etmək, gənc nəslə çatdırmaqdan ibarətdir. Dəyirmi masada şagirdlər Nizami Gəncəvi haqqında bildiklərini dəyirmi masa iştirakçıları arasında bölüşərək, dahi şəxsiyyət haqqında geniş məlumat əldə etmişlər. Sonda məktəbdə Nizami Gəncəvinin həyat yolunu özündə əks etdirən guşənin açılışı olmuşdur.