04.04.2022

Respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçirilmişdir.

3 aprel 2022-ci il tarixində ümumtəhsil məktəblərinin 6-7-ci sinif şagirdləri arasında Respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçirilmişdir.

Fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçirilən fənn müsabiqələrinin ilk mərhələsində rayon üzrə 384 şagird iştirak etmişdir.

Şagirdlər 11 aprel tarixindən etibarən 2 mərhələdən ibarət olan fənn müsabiqələrinin nəticələrini www.portal.edu.az, www.olimpiada.edu.az saytlarından və təhsil aldıqları ümumtəhsil müəssisələrindən əldə edə bilərlər.