19.05.2022

“Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsinə yekun vurulub

Təhsil Nazirliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə məktəblilər arasında “Şuşa ili”nə həsr olunmuş “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsinə yekun vurulub.

 

Müsabiqədə uğurla iştirak edən Sabirabad rayon Əhmədabad kənd tam orta məktəbin şagirdləri Əliyeva İpək, Yusupov Novruz, Asatov Ramiz, Xəlilov Cəlal, Eyyubov Rəfail, Məmmədov Əhməd, Əlləzova Məryəm, Muhiddinova Gülzadə, Əzimova Bahar, Həbibova Nazilə rəqs nominasiyaları üzrə 2-ci yeri, Sabirabad şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri Əzimov Camal, İsmayılzadə Ədalət, Qasımova Nigar, Nəsirova Kamilə isə dram nominasiyası üzrə 3-cü yeri tutublar.

 

Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev qalib şagirdlərlə görüşüb, onlara diplom və hədiyyələr təqdim edib.

Şagirdlərimizi təbrik edirik!


Açar sözlər: ,  ,  ,