Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev Sabirabad rayonunda təhsil işçiləri ilə görüş keçirib.
Görüşdə Sabirabad rayon üzrə təhsil sektorunun əməkdaşları, ümumi, məktəbdənkənar və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak edib.
Görüşün keçirilməsində məqsəd rayonun təhsil müəssisələrində çalışan təhsil işçiləri ilə sıx əlaqə yaratmaq, təhsil müəssisələrində təlim-tərbiyə işinin təşkili və digər məsələlərin müzakirəsi, onların təklif, rəy və təşəbbüslərindən təhsil sahəsində görüləcək işlərdə istifadə etmək olub.
Görüşdə təkliflər dinlənilib və suallar cavablandırılıb.