25.05.2022

İmişli rayonunda təhsil işçiləri ilə görüş keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev İmişli rayonunda təhsil işçiləri ilə görüş keçirib.

 

2021-2022-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr olunan görüşdə İmişli rayon təhsil sektorunun əməkdaşları, ümumi, məktəbdənkənar və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak edib.

 

Rəşad Musayev çıxışında təhsil sistemində gedən modernləşmədən, ümumi təhsilin məqsədyönlü inkişafı ilə bağlı həyat keçirilən yeniliklərdən danışıb. O, Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə təhsilin keyfiyyətinin daha da yaxşılaşdırılması, məktəblərin idarə edilməsinin, müəllim - şagird və məktəb - valideyn münasibətlərinin daha da təkmilləşdirilməsinin gələcəkdə əsas hədəflərdən olduğunu bildirib.

 

Sonra məktəb direktorları ilə aktual məsələlərlə bağlı müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,