01.06.2022

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Sabirabad şəhər 5 nömrəli tam orta məktəbdə şagirdlərin əl işlərindən ibarət baxış-sərgi və ədəbi-bədii kompozisiya təşkil olunub.

 

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru E.Kərimov 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününün yaranma tarixi ilə bağlı məlumat verib və eyni zamanda uşaqlara dövlət qayğısından danışıb.

 

Sonra Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev çıxışında uşaqların müdafiəsi ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlərdən, son illərdə əsaslı təmir olunan və yeni tikilən uşaq baxçaları, təhsil müəssələri haqqında məlumat verərək uşaqları təbrik edib və xoş arzularını bildirib.

 

Sərgidə şagirdlərin kətan üzərində sulu boya ilə çəkdiyi müxtəlif səpgidə rəsm əsərləri və müxtəlif materiallardan hazırladıqları manetlər nümayiş edilib.

 

Tədbir şagirdlərinin ədəbi-bədii kompozisiyaları ilə davam edib. Sonunda Sabirabad rayonu ümümtəhsil müəssələrində təhsil alan şəhid övladlarına Mil-Muğan Regional İdarəsi, ATİHAİ Sabirabad Rayon Komitəsi və Sabirabad şəhər 5 nömrəliı tam orta məktəbin kollektivi tərəfindən hədiyyələr təqdim edilib.


Açar sözlər: ,  ,  ,