04.07.2022

Xalid Nəciyevin xatirəsinə həsr olumuş mini-futbol turniri başa çatıb

Vətən Müharibəsi şəhidi Xalid Nəciyevin xatirəsinə həsr olumuş müəllimlərarası regional mini-futbol turniri başa çatıb.

 

Turnirin rəsmi bağlanış mərasimində Saatlı rayonundan olan şəhid ataları, Saatlı və Sabirabad İcra hakimiyyətlərinin əməkdaşları, Mil-Muğan Regional Təhsil İdarəsinin rəhbərliyi və təhsil sektorlarının əməkdaşları iştirak ediblər.

 

Sabirabad rayonunun "İnşaatçılar" komandası 1-ci, Sabirabad rayonunun "Təhsil sektoru" nun komandası 2- ci, Saatlı rayonunun "Birlik" komandası isə 3-cü yerin qalibi olublar.

Qalib komandalar diplom, medal və kubokla mükafatlandırılıblar.


Açar sözlər: ,  ,