15.06.2022

Vətən Müharibəsi şəhidi Xalid Nəciyevin xatirəsinə həsr olumuş müəllimlərarası regional mini-futbol turnirinə start verilib

Vətən Müharibəsi şəhidi Xalid Nəciyevin xatirəsinə həsr olumuş müəllimlərarası regional mini-futbol turnirinə start verilib.

 

Saatlı şəhərində baş tutan turnirin açılş mərasimində Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, şəhidin atası Qabil Nəciyev, Sabirabad, Saatlı, İmişli və Beylaqan rayon təhsil sektorlarının əməkdaşları iştirak edib.

 

Turnirin açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə Rəşad Musayev çıxış edərək Xalid Nəciyevin keçdiyi ömür yolundan danışaraq, onun döyüş yolunun hər bir gəncə örnək olduğunu bildirib. Xalidin atasına Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə təşəkkür edərək Allahdan ona səbir diləyib.

 

Turnirdə Mil-Muğan Regionla Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərn ümumi təhsil müəssisələrində çalışan müəllimlərdən ibarət 10 komanda yarışacaq.

 

Daha sonra turnirə start verilib. İlk olaraq Beyləqan və Saatlı komandaları qarşılaşıblar və oyun 3:6 hesabı ilə başa çatıb.

 

Turnirin keçirilməsində məqsəd Vətən Müharibəsində şəhid olan qəhrəman oğulların xatirəsini yad etmək, gənclər arasında vətənpərvərlik ruhunun aşılanması və regional təhsil sektorlarının əməkdaşları arasında münasibətlərin daha da yaxşıldırılmasına nail olmaqdır.


Açar sözlər: ,  ,