17.06.2022

"Yay məktəbi" təşkil olunub

Təhsil naziri cənab Emin Əmrullayevin 10.06.2022-ci il tarixli F-371 nömrəli əmrinə uyğun olaraq Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərində də "Yay məktəbi" təşkil olunub.

 

MMRTİ-nin müdiri Rəşad Musayev İmişli rayonu Qızılkənd kənd tam orta məktəbində təşkil olunmuş yay məktəbində olub. O, yay məktəbində təşkil olunan dərslərin gedişini izləyib və bu proseslə bağlı məktəb rəhbərliyi, müəllimlərlə fikir mübadiləsi aparıb.

 

Qeyd edək ki, yay məktəbi koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar son tədris illərində təlim prosesində yaranmış fasilələrin aradan qaldırılması, şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi məqsədilə təşkil edilib.


Açar sözlər: ,  ,