20.06.2022

Mil-Muğan Regional Təhsil İdarəsi könüllüləri əməkdaşlığa dəvət edir

Mil-Muğan Regional Təhsil İdarəsi könüllüləri əməkdaşlığa dəvət edir.

 

Mil-Muğan Regional Təhsil İdarəsi könüllü əsaslarla işləmək arzusunda olan gəncləri əməkdaşlığa dəvət edir. Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər MMRTİ-də və tabeliyində olan Sabirabad, Saatlı, İmişli və Beyləqan sektorlarında 3 ay təcrübə keçmək imkanı qazanacaqlar.

 

İntizamlı, xoşrəftar, kollektivlə çalışmaq istəyi olan, İKT bacarığı, xarici dil biliklərinə malik, ali təhsilli və ya ali təhsil müəssisəsinin son kursunda oxuyan gənclər könüllü fəaliyyət göstərmək üçün MMRTİ-yə və müvafiq rayon sektorlarına müraciət edə bilərlər.

 

Müraciət etmək istəyənlərdən tərcümeyi hallarını (CV) 30.09.2022-ci il tarixədək konullu2022mmrti@gmail.com elektron ünvanına göndərmələri xahiş olunur.

Təklif edilən əməkdaşlıqda könüllü kimi fəaliyyətini uğurla başa vuran gənclərin hər birinə MMRTİ tərəfindən müvafiq arayış veriləcək.

 

Əlaqə telefonu: (021) 235 64-26

 

Sektorlar:

  • Tədrisin keyfiyyəti sektoru
  • İnzibati təşkilat sektrou
  • Maliyyə-iqtisadiyyat sektoru
  • Sabirabad rayonu üzrə təhsil sektoru
  • Saatlı rayonu üzrə təhsil sektoru
  • İmişli rayonu üzrə təhsil sektoru
  • Beyləqan rayonu üzrə təhsil sektoru

Açar sözlər: ,  ,