08.07.2022

Şəhid ailələri ilə görüş keçirilib

İmişli rayon təhsil sektorunda şəhid ailələri ilə görüş keçirilib. Qurban bayramı ərəfəsində keçirilən görüşdə İmişli rayonunun təhsil müəssisələrində çalışan şəhid ailələrinin üzvləri – şəhidlərin atası, anası və həyat yoldaşları iştirak edib.

 

Görüşdə Vətən uğrunda həlak olmuş qəhrəman oğullarımızın xatirələri ehtiramla anılıb, həyat və döyüş yollarından, qəhrəmanlıqlarından söbət açılıb. Ölkəmizdə müharibə iştirakçılarına göstərilən dövlət qayğısından danışılıb.

 

Şəhidlərin ailə üzvləri Mil-Muğan Regional Təhsil İdarəsi adından Qurban bayramı münasibətilə təbrik olunub.


Açar sözlər: ,  ,