13.07.2022

Direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçiriləcək

15 iyul 2022 -ci il tarixində saat 10:00-da Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 151-500-dək və hazırda direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçiriləcək.

 

Qeyd edək ki, imtahan Sabirabad şəhəri Heydər Həmidov küç, 113 ünvanında yerləşən M. Müşfiq adına 4 nömrəli tam orta məktəbdə keçiriləcək. İmtahan müddəti 80 dəqiqədir.

 

Namizədlərə tənqidi oxu bacarığı üzrə 15, riyazi və məntiqi düşünmə üzrə 15, təhsil qanunvericiliyi üzrə 15 sual olmaqla 45 test tapşırığı təqdim ediləcək.

 

İmtahanda iştirak edəcək namizədlər imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədi mütləq təqdim etməlidirlər. Namizədlər imtahan mərkəzinə saat 09:30-dan gec olmayaraq yaxınlaşmalıdır.

 

Əlavə olaraq bildiririk ki, direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində iştirak etmək hüququ qazanan namizədlərlə fərdi şəkildə mobil telefon vasitəsilə əlaqə saxlanılaraq imtahanın keçirilmə yeri və tarixi barədə məlumat verilmişdir.

 

Test imtahanı mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!


Açar sözlər: ,