15.07.2022

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib

İyulun 15-də Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 151-dən 500 nəfərədək olan ümumi təhsil müəssisələrində vakant direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.

 

İmtahanda Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları üzrə ümumilikdə 51 nəfər namizəd iştirak edib.

 

Namizədlər 80 dəqiqə ərzində tənqidi oxu bacarığı üzrə 15, riyazi və məntiqi düşünmə üzrə 15, təhsil qanunvericiliyi üzrə 15 sual olmaqla 45 test tapşırığını cavablandırmağa çalışıblar.


Açar sözlər: ,