Təhsil Nazirliyinin 29 mart 2022-ci il tarıxli F-148 nömrəli əmri ilə cari ilin mart-iyun aylarında məktəblilər arasında “Şuşa ili”nə həsr olunmuş “Könlüm keçir Qarabağdan” adlı Respublika incəsənət festival müsabiqəsi keçirilib.
Musabiqə rayon, zona və ölkə mərhələsi olmaqla 3 turdan ibarət olub. Müsabiqədə Sabirabad rayon ümumi təhsil məktəbləri üzrə 26 şagird müxtəlif nominasiyalarda 2 yaş qurupunda rayon turunun qalibi olub. Qaliblər Salyan şəhərində keçirilən zona turunda iştirak ediblər.
Zona turunda iştirak edən 26 şagirddən 19 nəfəri ölkə turuna vəsiqə qazanmışdır. 06-12 may 2022-ci il tarixlərdə Bakı şəhərində keçirilən müsabiqənin ölkə mərhələsində iştirak edən 19 şagirdin 11 nəfəri rəqs nominasiyası üzrə II yeri, 4 nəfəri isə dram nominasiyası üzrə III yeri tutub.
İyulun 14-də Mil-Muğan Regional Təhsil idarəsində müsabiqənin ölkə turunda ll və lll yerləri tutmuş şagirdlərin mükafatlandırılma mərasimi keçirilib. Mükafatlandırılma mərasimində Təhsil Nazirliyinin əməkdaşı Qeyrət Şirəliyev və Mil-Muğan Regional Təhsil idarəsinin müdiri Rəşad Musayev iştirak edərək qalibləri təbrik edərək, mükafatlar təqdim ediblər.