19.07.2022

Beyləqan şəhərində regional rapid turniri keçirilib

Beyləqan şəhər Uşaq-Gənclər İdman-Şahmat məktəbində Azərbaycan Şahmat Federasiyası Regional İnkişaf Komissiyasının regional rapid (15+0) turniri keçirilib.

 

İsveçrə sistemi üzrə keçirilən və 7 turdan ibarət olan turnirdə Ağdam, Ağcabədi, Beyləqan, Füzuli, İmişli və Xocavənd rayonlarından 8-16 yaşlı şahmatçılar iştirak ediblər.

 

Turnirdə I yerin qalibi Beyləqan rayon 1 nömrəli tam orta məktəbinin şagirdi Emin Abbasov olub. İlk 3 yeri tutmuş şahmatçılara medal, qaliblərə isə xüsusi kubok mükafatı təqdim olunub.

 

Turnirdə ən çox xal yığmış bir oğlan və bir qız şahmatçıya xüsusi şahmat dəsti, bütün iştirakçılara isə taktika kitabı hədiyyə olunub.


Açar sözlər: ,  ,  ,