22.07.2022

Fərqlənmə attestatı alan məzunlarla görüş keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli təhsil sektorunda rayonun ümumtəhsil məktəblərini 2021- 2022- ci tədris ilində fərqlənmə attestatı ilə bitirən məzunlarla görüş keçirilib.

 

Görüşdə Respublika fənn olimpiadasında "Gümüş" medal qazanmış 7 nömrəli tam orta məktəbin X sinif şagirdi Fərid Möhbalıyev, məzunların valideynləri və məktəb rəhbərləri iştirak edib.

 

Tədbirdə təbrik edilən məzunların əməyi yüksək qiymətləndirilərək onların gələcəyinə böyük inam və ümid bəslənildiyi, onlarla qürur duyulduğu qeyd edilib.

 

Sonda məzunlar fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.


Açar sözlər: ,  ,  ,