Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan təhsil sektorunda rayonun ümumtəhsil məktəblərini 2021- 2022- ci tədris ilində fərqlənmə attestatı ilə bitirən məzunlarla görüş keçirilib.
Görüşdə eyni zamanda Respublika fənn olimpiadasında "Qızıl" medal qazanmış Yuxarı Kəbirli kənd tam orta məktəbin IX sinif şagirdi Qasımova Fidan İsa qızı, "Bürünc" medal qazanmış Mehdili Zəka Malik oğlu, məzunların valideynləri və məktəb rəhbərləri iştirak edib.
Məzunlar fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.