28.07.2022

Məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüşlər keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeçiliyində olan məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə iyulun 25 - 27 tarixlərində Sabirabad, İmişli Beyləqan və Saatlı Təhsil sektorları üzrə görüşlər keçirilib.

 

Görüşlərdə MMRTİ-nin Tədrisin keyfiyyəti sektorunun müdiri Mahir Zahidov bağçalarda təhsil xidmətlərinin daha çevik və keyfiyyətli təşkilinin, təhsil alan uşaqlar üçün sağlam və təhlükəsiz mühitin, təhsilverənlər üçün səmərəli iş şəraitinin yaradılmasının qarşıda duran əsas hədəflər olduğunu bildirib.

 

Sonra o, bağçalarda aparılan monitorinq zamanı tədris prosesinin izlənilməsi, uşaqların və işçilərin davamiyyəti, ərzaq məhsullarının saxlanma şəraiti, qida normalarına əməl olunması, müvafiq sənədləşmə ilə bağlı aşkar olunan nöqsanlar və MTİS proqramının hazırki işlənmə vəziyyətini geniş müzakirə edərək 2022-2023-cü tədris ilində qarşıda duran vəzifələr barədə tövsiyələr verib.

 

Görüş zamanı bağça rəhbərlərinin fəaliyyəti, valideyn-bağça münasibətləri və digər məsələlər müzakirə olunub, cari məsələlərlə bağlı çoxsaylı suallar cavablandırılıb.


Açar sözlər: ,