29.07.2022

Məzunlarla görüş keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin Sabirabad təhsil sektorunda rayonun ümumtəhsil məktəblərini 2021- 2022- ci tədris ilində fərqlənmə attestatı ilə bitirən məzunlarla görüş keçirilib.

 

Rayon üzrə IX sinifi bitirən 2071 məzundan 7 nəfəri, XI sinifi bitirən 1367 məzundan isə 17 nəfəri fərqlənmə attestatı alıb.

 

Tədbirdə təbrik edilən məzunların əməyi yüksək qiymətləndirilərək onların gələcəyinə böyük inam və ümid bəslənildiyi, onlarla qürur duyulduğu qeyd edilib.

 

Sonda məzunlara fəxri fərman verilib.


Açar sözlər: ,  ,