01.08.2022

“Azərbaycan – Türkiyə müəllimlərinin Yay Məktəbi”

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Bursa Azərbaycan Həmrəylik və İnnovasiya Dərnəyinin birgə təşkilatçılığı, Bursa Şəhər Milli Təhsil İdarəsi, Bursa Böyükşəhər Bələdiyyəsi və "Birlik" Vəqfi Bursa şöbəsinin təşkilatı dəstəyi ilə 23-30 iyul tarixlərində Türkiyənin Bursa şəhərində Azərbaycandan 30, Türkiyədən 15 müəllimin iştirakı ilə “Türkiyə-Azərbaycan Müəllimlərinin Yay Məktəbi” layihəsi həyata keçirilib.

 

Müəllimlər layihə müddətində bir çox maraqlı, öyrədici təlimlər keçiblər. "Təhsil sisteminin informasiyalaşdırılması", "Müəllimin inkişaf xəritəsi", "İstedadlı uşaqları kəşf etmək", "Ağıl və zəka oyunlarının dərsə inteqrasiyası", "Sinfin idarəolunması", "Məktəb mühiti və təşkilati mədəniyyət" və s. təlimlər müəllimlərin gələcək fəaliyyətinə müsbət təsir edəcəkdir. 21-ci əsr bacarıqlarına sahib, yeni çağırışlara cavab verən gənc müəllim üçün bu təlimlərin əhəmiyyəti yüksəkdir.

 

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Mil – Muğan Regional İdarəsi İmişli rayonu üzrə koordinatoru Gülgün Rzayeva layihədə iştirak edərək regionumuzu layiqincə təmsil edib. Qardaş ölkənin müəllimləri layihə çərçivəsində əl-ələ vermiş və bir çox təlimlərdə fikir mübadiləsi edərək qarşılıqlı əməkdaşlıq etmişlər.


Açar sözlər: ,  ,