İyulun 28-dən avqustun 2-dək Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 500 nəfərədək olan ümumi təhsil müəssisələrində vakant direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib.
Müsabiqənin bu mərhələsində namizədlər aşağıdakı meyarlar əsasında yoxlanılıb:
- Şəxsi keyfiyyətlər
- Vəzifə üzrə nəzəri biliklər
- İdarəetmə bacarıqları
Müsahibə zamanı hər meyar 5 ballıq şkala əsasında qiymətləndirilib və hər meyar üzrə keçid bal 3-dür.
Xatırladaq ki, müsahibəyə dəvət olunmuş namizədlər avqustun 2-dək müsahibədə iştirak etmədikləri halda onların imtahan nəticələri ləğv olunur.
Müsahibədə iştirak etmiş namizədlərə müsahibənin nəticəsi barədə məlumat veriləcək.