04.08.2022

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin nəticələri açıqlanıb

VI qrant müsabiqədə Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərindən 3-ü ümumi təhsil müəssisələri kateqoriyası üzrə, 8-i isə fərdi layihələr kateqoriyasına aid olmaqla ümumilikdə 11 layihə qalib olub.

 

Avqustun 4-də Mil-Muğan Regional Təhsil İdarəsində layihə qalibləri ilə görüş keçirilib. Görüş zamanı qalibləri qazandıqları böyük uğura görə təbrik edərək, onlara MMRTİ tərəfindən layihənin icrası üçün layihə rəhbərlərinə lazımı dəstək göstəriləcəyi bildirilib.

 

Sonda layihə qaliblərini maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,