18.08.2022

Şükürova Xanım "Qızıl nişan"la təltif edilib

Saatlı şəhər 4 nömrəli tam orta məktəbin XI sinif məzunu Şükürova Xanım Vüqar qızı tam orta təhsil səviyyəsini xüsusi nailiyyətlə başa vurduğuna görə, 2021-2022-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında Azərbaycan Respublikası Təhsil nazirinin əmrinə əsasən "Qızıl nişan"la təltif edilib.

 

Bu münasibətlə Mil-Muğan Regional Təhsil İdarəsinin rəhbərliyi tərəfindən Xanım Şükürova ilə görüş keçirilib. Görüşdə MMRTİ-nin müdiri Rəşad Musayev  Xanımı təbrik edib, ona gələcək həyatında nailiyyətlər arzulayıb.


Açar sözlər: ,