26.08.2022

"Təhsil müəssisələrində kargüzarlıq işinin aparılması" mövzusunda təlimlər davam edir

Mil-Muğan Regional Təhsil İdarəsinin təşəbbüsü ilə Sabirabad və Saatlı rayon təhsil sektorları üzrə məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri üçün "Təhsil müəssisələrində kargüzarlıq işinin aparılması" mövzusunda təlimlər davam edir.

 

MMRTİ-nin müdiri Rəşad Musayev təlim iştirakçıları ilə görüşüb. O, təhsil sahəsində aparılan islahatlardan, məktəbəqədər müəssisələrin qarşısında duran vəzifələrin icrası istiqamətində görülən işlərdən, əlverişli təlim və inkişaf mühitinin təmin edilməsindən, məktəbəqədər müəssisələrdə idarəetmə məsələlərindən danışıb.

 

Məktəbəqədər müəssisələrdə təhsilin və idarəetmə sisteminin təkmilləşdirilməsinin əsas hədəflərdən biri olduğunu bildirən Rəşad Musayev müəssisə rəhbərlərinin üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacib olduğunu vurğulayıb.


Açar sözlər: ,