30.08.2022

"Təhsil müəssisələrində kargüzarlıq işinin aparılması" mövzusunda təlimə start verilib

Mil-Muğan Regional Təhsil İdarəsinin təşəbbüsü ilə Beyləqan rayon təhsil sektoru üzrə məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri üçün "Təhsil müəssisələrində kargüzarlıq işinin aparılması" mövzusunda təlimə start verilib.

 

Təlimin təşkilində məqsəd müəssisə rəhbərlərinin kargüzarlıqla bağlı bilik və bacarlıqlarını artırmaq, müəssisələrdə kargüzarlıq işinin aparılmasının düzgün təşkil edilməsinə nail olmaqdır.

 

Təlimdə sənədlərin qəbulu, göndərilməsi, icra edilməsi, icraya nəzarət, daxil olan sənədlərin qeydə alınması, sənədlərin, məktubların hazırlanması və tərtibi, əmrlərin hazırlanması zamanı kargüzarlıq işinin qaydalarına riayət edilməsi ilə bağlı geniş və ətraflı məlumatlar verilir.

 

Təlimdə sənədlərin işlənməsi qaydaları müvafiq slaydlar vasitəsilə əyani nümayiş etdirilir və iştirakçıları maraqlandıran suallar cavablandırılır.


Açar sözlər: ,  ,