07.09.2022

600-dən çox bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüş keçirilib

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev və rayonun digər idarə, müəssisə rəhbərləri ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüşüblər.

 

Görüşdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov bu il rayonun ümumtəhsil məktəblərinin məzunlarından ali məktəblərə qəbul olunmuş gəncləri təbrik edərək, ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb.

 

Rəşad Musayev ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən islahatlar, qəbul olunan dövlət proqramları barədə məlumat verib və tələbələri təbrik edərək, onlara gələcək təhsillərində uğurlar arzulayıb.

 

Tələbə adını qazanan məzunlar ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

 

Sonda tələbə gənclərə hədiyyələr təqdim edilib və xatirə şəkilləri çəkdirilib.


Açar sözlər: ,  ,