10.09.2022

Məktəb direktorları, direktor müavinləri və təsərrüfat müdirləri ilə görüş keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Saatlıda və İmişli təhsil sektorlarında məktəb direktorları, direktor müavinləri və təsərrüfat müdirləri ilə görüş keçirilib.

 

Görüşdə MMRTİ-nin sektor müdirləri yeni dərs ilində tədrisin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması və təhsil müəssisələrinin idarəedilməsi məsələlərindən danışıblar. Ötən tədris ilində IX sinif şagirdlərinin buraxılış imtahanının nəticələri və təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması, digər məsələlər müzakirə olunub.

 

Sektor müdirləri təhsil işçilərini təbrik edib, onlara təhsil sahəsində yeni nailiyyətlərin qazanılması istiqamətindəki səmərəli fəaliyyətlərində uğurlar arzulayıblar.

 

Məktəb rəhbərləri müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirib, bundan sonra da üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərini diqqətə çatdırıblar.


Açar sözlər: ,  ,